Yenifikir.media tanınmış şair Kəmaləddin Qədimin yeni şeirini təqdim edir:
GÖRMƏDİ
Aldı zaman, vaxt-çapar
tərkə, məni görmədi.
Çevrildim qarşısında
görkə, məni görmədi.
Gətirmədi yel məni,
Nə daşqın, nə sel məni.
Doğulduğum el məni,
bölgə məni görmədi.
Vallah, deyildim mayıl,
Gəl, tanın, seçil, sayıl…
Dedim şəhər-əzrayıl
bəlkə məni görmədi…
Susdum, düşdüm günnükdən,
Dindim, çıxdım dinnikdən.
Bu qap-qara tünnükdən
ölkə məni görmədi…
Kəmaləddin Qədim
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

