Tanınmış müğənni Almaxanım Əhmədovanın əkiz övladlarına ithaf olunur.
AD GÜNÜNÜZ MÜBARƏK
Camal, Kamal balamın,
Ad günləri mübarək!
Bizlərə sevinc verən,
Şad günləri mübarək!
***
Yaş üstünə yaş gəlir,
Bir yaşları yüz olsun.
Qoy bəxtləri kəsərli,
Ömür yolu düz olsun.
***
Allahımız qorusun,
Yaradanım yar olsun.
Hamımızın bağında,
Belə şirin bar olsun.
***
Ailənin övlad payı,
Doğan Günəşi, Ayı.
Vüqar Əhməd sevinci,
Şirindi nəvə payı.
***
Gələcəyə ümiddir,
Sabahın igidləri.
Vətənə oğul gərək,
Vətən sevər mərdləri

Doktor Qardaş Əlişoğlu (İsmayılov)
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 10 kitab müəllifi, müxtəlif
mükafatlar sahibi, Türk Dünyası Elm Araşdırmaları Beynalxalq Elimlər
Akademiyasının fəxri doktoru, şair yazıçı-dramaturq, araşdırmaçı.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

