14 İyun – Ümumdünya Qan Donoru Günü münasibətilə və “Araz” supermarketlər şəbəkəsinin 15 illik yubileyi çərçivəsində şirkətin baş ofisində Respublika Qan Bankı ilə birgə qanvermə aksiyası təşkil olunub.Aksiya əməkdaşlar və könüllülər tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin əsas məqsədi qan ehtiyacı olan insanlara dəstək olmaq, cəmiyyətdə donor mədəniyyətini təşviq etmək və insanları bu nəcib missiyaya qoşulmağa həvəsləndirməkdir.

Qanvermə aksiyasında iştirak edənlər bildiriblər ki, bir neçə dəqiqə vaxt ayırmaqla kiminsə həyatının xilas olunmasına töhfə vermək mümkündür. Donorluq təkcə humanitar yardım deyil, həm də sosial məsuliyyətin və həmrəyliyin bariz nümunəsidir.
Mütəxəssislərin sözlərinə görə, müntəzəm qanvermə ehtiyat qan fondunun formalaşmasına kömək edir və təcili tibbi yardıma ehtiyacı olan xəstələrin həyatının xilas edilməsində mühüm rol oynayır.
Tədbir iştirakçıları belə təşəbbüslərin cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq, aksiyanın təşkilinə görə “Araz” supermarketlər şəbəkəsinə və Respublika Qan Bankına təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, hər bir sağlam insan donor olmaqla ehtiyac içində olan insanların həyatına ümid və dəstək verə bilər. Qan vermək həyat qurtarmağın ən sadə və ən dəyərli yollarından biridir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

