Ukrayna Prezidenti Volodymyr Zelenski Rusiyanın Dnestryanı bölgə sakinlərinə vətəndaşlığın sadələşdirilmiş qaydada verilməsi qərarına sərt reaksiya verib. O bildirib ki, bu addım Moskvanın həm yeni hərbçilər toplamaq, həm də bölgəyə dair iddialarını gücləndirmək cəhdi kimi görünür. Zelenski aidiyyəti qurumlara Moldova ilə birlikdə tədbirlər planı hazırlamağı tapşırdığını açıqlayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan fərmana əsasən, Dnestryanıda yaşayan şəxslər sadələşdirilmiş qaydada Rusiya pasportu ala biləcəklər. Moskva qərarın bölgədə yaşayan insanların hüquqlarının qorunması məqsədi daşıdığını bildirib.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir