İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin nüvə silahına malik olmayacağını və bu mövzuda ədalətli razılaşmaya hazır olduğunu bildirib. Nazir ABŞ Prezidenti Donald Trampın “nüvə silahı olmamalıdır” fikri ilə razı olduqlarını deyib. Əraqçinin sözlərinə görə, İran nüvə proqramının dinc xarakter daşıması ilə bağlı danışıqlara açıqdır və bunun qarşılığında sanksiyaların ləğvini gözləyir. O, ABŞ-ın 2015-ci il nüvə razılaşmasından çıxmasının etimadı azaltdığını qeyd edib, eyni zamanda müharibənin qaçılmaz olmadığını və mümkün qarşıdurmanın bütün regiona mənfi təsir göstərəcəyini vurğulayıb.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir