Bu gün Ana Vətən Partiyasının növbəti qurultayı keçirilib. Qurultayda partiyanın sədr müavini, millət vəkili Günay Ağamalı partiyanın sədri seçilib.
Diqqət çəkən maraqlı məqamlardan biri isə Günay Ağamalının köməkçisi Emin Xudiyevin “Facebook” sosial şəbəkəsində paylaşdığı status olub. O, paylaşımında Günay Ağamalının Azərbaycanda ilk qadın partiya sədri kimi tarixə düşdüyünü bildirib.

Qeyd edək ki, Azərbaycanda ilk qadın partiya sədri kimi tarixə düşən şəxs Azərbaycan Respublikasının parlamentinin III çağırış deputatı ,Azərbaycanın Dövlət Katibi (7 iyul 1993 – 29 yanvar 1994), (1995–2003), Azərbaycan Liberal Partiyasının sabiq sədri, “Azərbaycan siyasətinin dəmir ledisi” kimi tanınan Lalə Şövkət olub.
Emin Xudiyevin ictimai-siyasi prosesləri kifayət qədər dərindən bilməməsi bu cür yanlış məlumat paylaşmasına səbəb olub.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

