23-25 yanvar 2026-cı il tarixlərində İsveçrənin Sankt-Moritz şəhərində qarüstü polo üzrə 41-ci Dünya Kuboku keçiriləcək. Turnirdə “Land of Fire” komandası ölkəmizi təmsil edəcək və dünya miqyasında tanınmış komandalarla mübarizə aparacaq.
Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən yarış zamanı Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanlarını tanıdan pavilyon da fəaliyyət göstərəcək. Turnir 25 yanvar finalı ilə başa çatacaq, qalib və ən yaxşı oyunçular mükafatlandırılacaq.İştirak “Land of Fire” üçün həm Azərbaycanın atçılıq ənənələrini dünyada tanıtmaq, həm də ölkəmizin idman imicini yüksəltmək baxımından önəm daşıyır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

