Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda iştirak edən Azərbaycan nümayəndə heyəti geniş görüşlər həyata keçirib. İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının Genişlənmə üzrə komissarı, İsrail iqtisadiyyat naziri, həmçinin “Coca-Cola”, “Growth Lab”, “Boston Consulting Group”, “BCG Henderson Institute” və “Menzies Aviation” şirkətlərinin rəhbərləri ilə görüşüb.Görüşlərdə ticarət, enerji, sənaye, nəqliyyat-logistika, rəqəmsal transformasiya və dayanıqlı inkişaf sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub. Forum çərçivəsində SOCAR ilə İsveçrənin “SİCPA SA” şirkəti arasında xidmətlərin göstərilməsinə dair sənəd imzalanıb. Bu əməkdaşlıq enerji təchizatı zəncirində təhlükəsizliyin artırılmasına və şəffaflığın təmin olunmasına yönələcək.Forumda Azərbaycan nümayəndə heyəti həmçinin iqtisadi inkişaf layihələri, investisiya təşviqi və innovativ texnologiyaların tətbiqi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

