Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sahibkarlarla görüşdə ölkə iqtisadiyyatının artdığını bildirib. O bildirib ki, Türkiyə 21 rüb ardıcıl böyüyüb və OECD ölkələri arasında ən sürətlə böyüyən üçüncü ölkə olub.Ərdoğanın sözlərinə görə, ötən il ümumi ixrac 396 milyard dollara çatıb, müdafiə sənayesi məhsulları isə dünyada böyük maraq görür.Prezident ixracatçılara 1 trilyon lirədən çox kredit verildiyini, inflyasiyanın 2025-ci ildə 30,9 faizə endiyini və daha da azalacağını açıqlayıb. O, həmçinin zəlzələdən sonra 455 mindən çox mənzilin sahiblərinə verildiyini bildirib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

