“Fənərbaxça” və “Beşiktaş” gündəmində olan “Napoli”da çıxış edən belçikalı Romelu Lukaku son qərarını verib. İtaliya mətbuatına görə, Lukaku “Napoli”dən ayrılmaq istəmir. O, komandada xoşbəxtdir və gələn təklifləri rədd edib. Klub rəhbərliyi də futbolçunu satmağa hazır deyil. Lukaku karyerasını “Napoli”də davam etdirmək istəyir və başqa kluba keçməyi düşünmür.
Qeyd edək ki,belçikalı hücumçu “Napoli” forması ilə çıxdığı 38 oyunda 14 qol və 11 asist edib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

