“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) Qapalı Səhmdar Cəmiyyəti (QSC) İdarə Heyətinin yeni sədri Əfqan Cəlilov qurumda kadr islahatlarına başlayıb. Yenifikir.media “Qaynarinfo”ya istinadən xəbər verir ki, Əfqan Cəlilovun əmri ilə “ASCO Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəisi Sabir Həsən oğlu Hüseynov vəzifəsindən azad olunub.Onun yerinə hələlik təyinat yoxdur.Qeyd edək ki, Sabir Hüseynov ASCO İdarə Heyətinin sabiq sədri Rauf Vəliyevin ən yaxın adamı hesab olunurdu. O, 2018-ci ildən sözügedən quruma rəhbərlik edirdi. “ASCO Mühafizə” və “ASCO Logistics” kimi qurumlar “ASCO Nəqliyyat” MMC-nin tərkibində fəaliyyət göstərir.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir