Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 20 Yanvar faciəsinin 36-cı il dönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə İnstitutun direktor müavini filologiya elmləri doktoru, dosent Mehman Həsənli, elmi katib filologiya üzrə fəlsəfə doktoru Aygün bağırlı, Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə, GAMŞ-ın üzvləri və məktəblilər iştirak ediblər.
Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri İnstitutun direktor müavini Mehman Həsənli açaraq 20 Yanvar faciəsinin mahiyyəti, səbəbləri və nticələri haqqında uşaqlara məlumat verib. Məktəblilərin akademiyada keçirilən tədbirə qatılmasını tarixi varisliyin davamı kimi səciyyələndirib.
Bakı Şəhəri Nizami rayon 70 saylı məktəbin rus dili müəllimi İlhamə xanım tədbirin məktəblilərlə birgə keçirilməsinə görə təşəkkürlərini ifadə edib.
Nizami rayon 70 saylı məktəbin beş, altı və yeddinci sinif şagirdlərinin hazırladığı şeir kompozisiyaları və faciə haqqında məlumatlar maraqla qarşılanıb.
İnstitutun baş mütəxəssisi, şair İbrahim Yusifoğlu mövzu ilə bağlı xatirələrini bölüşüb, şeirlərini səsləndirib.
Sonda İnstituta məxsus nəşrlərdən məktəbə hədiyyə verilib.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir