Müxtəlif bölgələrdə yerləşən tibb müəssisələrində tibbi tullantıların düzgün idarə olunması mövzusunda maarifləndirici görüşlər təşkil olunub. Tədbirlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən həyata keçirilib.Görüşlər İsmayıllı Sağlamlıq Mərkəzində, Tovuz rayonu Əlimərdanlı həkim məntəqəsində və Sumqayıt şəhər Stomatoloji Poliklinikasında “Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusu ətrafında baş tutub. Tədbirlərdə iştirakçılara tibbi tullantıların növləri, onların düzgün idarə olunması, çeşidlənməsi, saxlanılması və zərərsizləşdirilməsi üsulları barədə ətraflı məlumat verilib.Eyni zamanda, tibbi tullantıların yaratdığı ekoloji və sanitar risklər diqqətə çatdırılıb, bu tullantıların düzgün idarə olunmasının insan sağlamlığı və ətraf mühit üçün vacibliyi vurğulanıb.
Qeyd olunub ki, tədbirlərin əsas məqsədi tibbi tullantıların saxlanılması, daşınması və məhv edilməsi ilə bağlı mövcud qaydaları tibb işçilərinə çatdırmaq, həmçinin bu sahədə məsuliyyəti artırmaqdır.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir