Cəbrayıl və Lerik rayonlarının məktəblərində şagirdlər tullantıların düzgün idarə olunması və təkrar emal yollarını öyrəniblər. Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları şagirdlərlə interaktiv görüşlər keçirərək, ətraf mühitin qorunmasının və təbii sərvətlərdən səmərəli istifadə etməyin vacibliyini izah ediblər.
Görüşlərdə yalnız tullantıların növləri və çeşidlənməsi deyil, həm də ölkədə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur rayonlarında həyata keçirilən ekoloji layihələr haqqında məlumat verilib. Şagirdlər maraqlı suallarla çıxış edərək, ətraf mühitin qorunmasına öz töhfələrini necə verə biləcəkləriniöyrəniblər.Ekspertlər vurğulayırlar ki, belə tədbirlər uşaqlarda ekoloji düşüncəni formalaşdırır və onları gələcəkdə sağlam həyat tərzinə yönləndirir. Təbiəti qorumaq hər birimizin məsuliyyətidir – bu dərs isə kiçik və böyük nəsillərə bu mesajı çatdırır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

