İsveç Xarici İşlər Naziri Maria Malmer Stenergard ABŞ-ın Venesuelaya müdaxiləsini və Prezident Donald Trumpın Qrenlandla bağlı açıqlamalarını tənqid edib.Stenergard bildirib ki, ABŞ-ın hərəkətləri beynəlxalq hüquqa uyğun deyil və belə böyük güclərin istədiyi kimi davrandığı bir dünyada yaşamaq istəmir. O əlavə edib ki, İsveç beynəlxalq hüququ qorumaqda aktiv olmalıdır. Qeyd edək ki, Trump Qrenlandın strateji əhəmiyyətini vurğulamış və ABŞ-ın orada nəzarətinin Avropanın təhlükəsizliyinə də xidmət edəcəyini bildirmişdi. Eyni zamanda, 3 yanvarda Venesuelada Maduroya qarşı hərbi əməliyyatın həyata keçirildiyi açıqlanmışdı.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir