Son günlər beynəlxalq gündəmdə ön plana çıxan Venesuelada ABŞ-ın həyata keçirdiyi əməliyyat və prezident Nikolas Maduronun ölkədən aparılması bu prosesin arxasında təkcə siyasi deyil, həm də iqtisadi maraqların ola biləcəyi ehtimallarını gücləndirib.
ABŞ–Venesuela gərginliyi qlobal bazarlara da təsirsiz ötüşmür.Yenifikir.media bildirir ki, Venesuela neftinin əsas alıcısı Çindir və ixracın 80 faizi bu ölkənin payına düşür. ABŞ 11 faizlə ikinci yerdə qərarlaşıb. Hindistan, İspaniya və Kuba isə hər biri 3 faiz payla siyahıda yer alır.
Analitiklər bildirirlər ki, Vaşinqtonun bu addımı qlobal enerji bazarında mövqeyini gücləndirməyə hesablanmış ola bilər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

