Dekabrın 30-dan etibarən Ağdərə rayonunun Həsənriz kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılır. Müraciətlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az platforması üzərindən qəbul ediləcək.Rəsmi məlumata görə, Həsənriz kəndində məskunlaşan və faktiki yaşayan sakinlər üçün müraciətlərin qəbulu 2026-cı il fevralın 2-si günün sonunadək davam edəcək.
Torpaqların güzəştli şərtlərlə icarəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli Fərmanına və Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən həyata keçiriləcək.
İcarəyə təqdim olunan sahələr minimum 5 hektar olmaqla, əsasən dəmyə (suvarılmayan) torpaqlardır. Bu ərazilərdə buğda, arpa, noxud, kartof, yonca, xaşa və müxtəlif yem bitkilərinin əkilməsi nəzərdə tutulur. Su təminatı olan sahələrdə isə qoz, fındıq, şabalıd, armud, gilas və bəzi giləmeyvə bitkilərinin yetişdirilməsi mümkün olacaq.
Həsənriz kəndinə köçmüş sakinlər torpaq icarəsi üçün əvvəlcə EKTİS-də qeydiyyatdan keçməli, elektron kabinetdə “torpaq icarəsinə müraciət” bölməsindən “Həsənriz” seçərək ərizə formasını doldurmalıdırlar. Bundan əlavə, faktiki yaşayış yerinin Həsənriz kəndi olması “e-polis” tətbiqi vasitəsilə təsdiqlənməlidir.

Qeyd olunur ki, müraciət edən şəxslərlə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və torpaq sahələrinin yerində tanıdılması 2026-cı ilin fevral ayından etibarən başlanacaq. İcarə müqavilələri birillik və yem bitkiləri üçün 2 il müddətinə bağlanacaq və nəticələrə uyğun olaraq uzadıla biləcək.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir