2025-ci ildə Azərbaycanda pambıqçılıqda müstəqillik dövrünün ən yüksək orta məhsuldarlıq göstəricisi əldə olunub. Dekabrın 26-dək ölkə üzrə 100 468,1 hektar sahədən 360 047 ton xam pambıq tədarük edilib. Orta məhsuldarlıq 35,84 sentner/ha təşkil edib.Pambıq əkinləri “contract farming” formatı əsasında, fermerlərlə tədarük və emal şirkətləri arasında bağlanan müqavilələr çərçivəsində aparılır. Şirkətlər fermerləri toxum, gübrə və texnika ilə təmin edir, aqronom dəstəyi göstərir və avans ödənişi həyata keçirir. Fermerlər isə məhsulu müqavilədə göstərilən qiymətə təhvil verməlidirlər.2025-ci ildə pambıq əkinləri respublikanın 16 rayonunda həyata keçirilib. Əkin sahələrinin 86 faizi pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayona – Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad və Salyan – düşür. Ən çox əkin Saatlı (12 634,1 ha), Ağcabədi (11 821,7 ha) və Sabirabad (11 086,2 ha) rayonlarında aparılıb.Rayonlar üzrə ən yüksək məhsuldarlıq Beyləqanda qeydə alınıb – 41,88 sentner/ha. Digər yüksək məhsuldarlıq göstəriciləri isə Neftçala (39,79), Biləsuvar (39,90), Tərtər (37,61), Bərdə (37,31) və Saatlı (36,06) sentner/ha təşkil edib.Ölkədə pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə yetişdirilmiş hər ton pambığa görə fermerlər 210 manat, ənənəvi üsulla suvarılan sahələrdə isə 195 manat subsidiya alırlar. Dekabrın 25-dən ödənişlər başlayıb və dekabrın 30-da tamamlanacaq.Aqrar Subsidiya Şurası 2026-cı il üçün pambıq subsidiya məbləğlərini artırıb: müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə 215 manat, təmin olunmamış sahələrdə isə 200 manat hər ton üçün ödəniləcək. Subsidiyalar ölkənin 16 rayonunu və bir neçə kəndi əhatə edəcək, digər ərazilərdə məhsula subsidiya veriləcək.Bu il əldə edilən rekord məhsuldarlıq və dövlət dəstəyi pambıqçılıqda uğurlu mövsümü rəsmiləşdirib.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir