Tanınmış türk kardioloq Oğuzhan Yücel bəzi mədə ağrılarının infarkt əlaməti ola biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü olan ağrılar ciddi qəbul edilməlidir.Yenifikir.media xarici mətbuata istinadən bildirir ki,mütəxəssis qeyd edib ki,infarkt hər zaman klassik sinə ağrısı ilə özünü göstərmir. Qadınlarda, yaşlılarda və diabet xəstələrində ürəkbulanma, həzm pozğunluğu, qarının yuxarı hissəsində ağrı, soyuq tər və qəfil yorğunluq kimi əlamətlər də yarana bilər. Mədə mənşəli narahatlıqlar adətən yeməkdən sonra baş verir, yanma və turşuma hissi yaradır, dərman qəbul etdikdə azalır və ağıza acı dad gələ bilər. İnfarkt zamanı isə ağrı sıxılma hissi şəklində olur, qəfil başlayır, dərmanla keçmir və boyun, çənə və ya sol qola yayıla bilər.Həkim vurğulayıb ki, hər mədə ağrısı infarkt deyil. Lakin 15 dəqiqədən çox davam edən, səbəbi aydın olmayan ağrılar zamanı həkimə müraciət etmək vacibdir.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir