Ürək və Daxili Xəstəliklər mütəxəssisi Prof. Dr. Canan Karatay bildirib ki, ürək döyüntülərinin sürətlənməsi hər yaşda, hətta gənclərdə də baş verə bilər və mütləq ürək xəstəliyinə işarə etmir.Karatay bunun anemiya, vitamin və mineral çatışmazlığı, hormonal balans pozuntusu, stres, ağır fiziki fəaliyyət və kimyəvi maddələrə (deterjan, çamaşır suyu, pestisidlər) reaksiyadan qaynaqlana biləcəyini vurğulayıb.
O, davamlı və sürətli ürək döyüntülərində səbəbin həkim tərəfindən araşdırılmasının vacib olduğunu bildirib və doğru qidalanma, təbii həyat tərzi və artıq dərman istifadəsindən çəkinməyi tövsiyə edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

