ABŞ-ın Ankara səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak İsrailin Baş naziri Benyamin Netanyahu ilə Qərbi Qüdsdə görüş keçirib. Görüşdə ABŞ və İsraildən yüksək səviyyəli rəsmilər iştirak ediblər.Yenifikir.media bildirir ki,görüş baş nazirlik ofisində baş tutub. Toplantının məzmunu açıqlanmayıb.Məlumata görə, görüşdə Qəzzada atəşkəs prosesi və regional təhlükəsizlik məsələləri müzakirə olunub. ABŞ tərəfi Barrakın atəşkəs razılaşmasının növbəti mərhələsi ilə bağlı danışıqlar aparmaq üçün İsrailə səfər etdiyini bildirmişdi.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

