“Beşiktaş” qış transfer pəncərəsi üçün müdafiə xəttini gücləndirməyə hazırlaşır. Klubun əsas hədəfi “Wolverhampton”un 28 yaşlı müdafiəçisi Emmanuel Agbadoudur.Yenifikir.media bildirir ki, tanınmış futbol şərhçisi Ertan Süzgün, “Beşiktaş”ın həm oyunçu, həm də klubla danışıqlara başladığını bildirib. Jurnalist Agbadounun “qara-ağlar”a keçmək istədiyini də qeyd edib.

Qeyd edək ki,bu mövsüm 15 oyun keçirən Fildişi Sahilli stoper 2 assist edib. Onun transfer dəyəri 18 milyon avrodur və müqaviləsi 2029-cu ilə qədər davam edir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

