ABŞ Prezidenti Donald Trump “Politico”ya müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinə də toxunub. Yenifikir.media xəbər verir ki, Trump Ərdoğanı “dostum” adlandıraraq bildirib:
“Ərdoğanla hər zaman anlaşmışıq. O, güclü ölkə və güclü ordu qurub. Avropalı liderlər bəzən onunla birbaşa danışa bilmədiklərinə görə məndən xahiş edirlər ki, özüm əlaqə saxlayım.”
Trump həmçinin qeyd edib ki, bəzi Avropa liderləri müəyyən məsələlərdə Ərdoğanla ünsiyyət qurmaq üçün onun vasitəçiliyinə ehtiyac duyurlar.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

