Rusiyada sosial şəbəkələrə qoyulan qadağalar artır.Ölkə bu dəfə də Snapchat-ə girişə blok qoyub. Roskomnadzor tətbiqin terror qrupları tərəfindən əlaqə və təşkilatlanma üçün istifadə edildiyini iddia edib. Bu səbəblə Snapchat Rusiyada tamamilə bağlanıb. Qeyd edək ki,eyni gün Apple-ın FaceTime xidməti də açıqlama verilmədən bloklanan platformalar siyahısına salınıb. Mütəxəssislər qərarın təhlükəsizlik və nəzarət səbəbləri ilə bağlı ola biləcəyini bildirir.Son aylar ardıcıl verilən qadağalar Rusiyada sosial media üzərində nəzarətin daha da sərtləşdiyini göstərir.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir