Rusiya prezidentinin administrasiyasının müavini Maksim Oreşkin VTB-nin “Россия зовет!” investisiya forumunda çıxışında bildirib ki, Avropaya Rusiya iqtisadi baxımdan daha vacibdir, Rusiyaya isə Avropa deyil. Yenifikir.media xəbər verir ki, Oreşkin Moskvanın Brüsselin təsirindən asılı olmadan ticarət və əməkdaşlığı genişləndirdiyini, Avropanın isə bu əlaqələrə ciddi ehtiyac duyduğunu vurğulayıb.
Oreşkin əlavə edib ki, Rusiya Hindistan və Çinlə strateji tərəfdaşlıqlar qurur, ticarət həcmini artırır, iqtisadi və texnoloji suverenliyini möhkəmləndirir, yeni alyanslar formalaşdırır. O, həmçinin qeyd edib ki, Avropada problemlər yığılarkən, qlobal iqtisadi artımın əsas mərkəzləri Şərqi və Cənubi Asiya, Yaxın Şərq, Afrika və Latın Amerikasıdır.Qeyd edək ki, bu çıxış Rusiyanın Avropadan asılılığını azaltmaq və digər bazarlara yönələn strategiyasını bir daha təsdiqləyir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

