Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Fələstinlə Beynəlxalq Həmrəylik Günü münasibətilə Mahmud Abbasa müraciət göndərib. Sisi beynəlxalq ictimaiyyəti Qəzzada müharibənin yaratdığı dağıntıların bərpasında məsuliyyət götürməyə çağırıb.O bildirib ki, Fələstin xalqı haqlarından imtina etmir və dünyada hər kəs onların zülmə qarşı göstərdiyi “əfsanəvi müqavimətə” şahiddir.
Sisi həmçinin Fələstin xalqının yaşadığı acıların təkcə Qəzza ilə məhdudlaşmadığını, İordan çayının qərb sahili və Şərqi Qüdsdə də davam etdiyini vurğulayıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

