Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salmanla görüşdən sonra bildirib ki, Ukraynada sülh üçün “real şans” yaranıb. Onun sözlərinə görə, sülh ədalətli və davamlı olmalı, təhlükəsizlik isə təmin edilməlidir.

Zelenski Kiyev və Avropa ölkələrinin iştirakı olmadan qəbul ediləcək qərarları təhlükəli sayır.

15 avqustda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Alyaskada Ukrayna mövzusunda danışıqlar aparacaqlar. Gündəliyə ərazi mübadiləsi və Ukraynanın NATO-dan imtinası daxil ola bilər.

Fransa, İtaliya, Böyük Britaniya, Finlandiya, Almaniya, Polşa və Avropa Komissiyası Ukraynaya hərbi və iqtisadi yardımı davam etdirəcəklərini bəyan ediblər.

Rusiya isə Qərbin yeni əraziləri tanımağa hazır olduğuna dair “dolayı əlamət” göründüyünü bildirib.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir