Ukrayna Prezidenti Volodimir Zelenski, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. O, görüşü məhsuldar adlandırıb və Türkiyənin Ukraynaya dəstəyini yüksək qiymətləndirib.
Yenifikir.media bildirir ki,Zelenski Rusiya hücumları nəticəsində Ternopil və digər şəhərlərdə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyini, Ternopildə 20-dən çox insanın öldüyünü bildirib.
Ukrayna Prezidenti Türkiyənin diplomatik və hərbi dəstəyinə güvəndiklərini, Qaradənizdə təhlükəsizliyin yalnız Türkiyə ilə təmin oluna biləcəyini vurğulayıb.
O həmçinin əsir dəyişimi və Ukraynalı əsgər, mülki şəxslərin evlərinə qayıtması üçün Türkiyənin dəstəyini qeyd edib və ilin sonuna qədər prosesin başlamağına ümid etdiyini söyləyib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

