Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, sülh planının hazırkı variantı Ukrayna üçün 15 il müddətinə təhlükəsizlik zəmanəti nəzərdə tutur. Kiyev bu müddətin 50 ilə qədər uzadılmasını istəyir.
Zelenskinin sözlərinə görə, 20 maddəlik planın böyük hissəsi üzrə razılıq əldə olunub. Açıq qalan məsələlər Ukraynanın ərazi bütövlüyü və Zaporojye Atom Elektrik Stansiyasının idarə olunmasıdır.
O əlavə edib ki, təhlükəsizlik zəmanətlərinin uzadılması təklifi ABŞ Prezidenti Donald Trampa təqdim olunub və məsələ müzakirə mərhələsindədir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

