Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin ilə baş tutacaq mümkün görüşlə bağlı bildirib ki, “Türkiyə və Körfəz ölkələri görüşə ev sahibliyi edə bilər”.
Rusiya və Ukrayna arasında sülh prosesi davam edir. Prezident Rəcəb Tayyib Ərdoğan müharibənin başlanğıcından bəri barış diplomatiyası yürüdür və tərəflərin ortaq mövqedə razılaşması üçün Türkiyənin hər zaman ev sahibi olacağını açıqlayıb.
Ərdoğanın açıqlamalarından sonra iki ölkə arasında danışıqlar İstanbulda keçirilib və burada əsir dəyişimi ilə bağlı razılaşma əldə edilib. İndi diqqətlər Putin və Zelenski arasındakı mümkün görüşə yönəlib.
ABŞ Prezidenti Donald Tramp görüşün yaxın zamanda baş tuta biləcəyinə işarə etmişdi. Zelenski isə sülh danışıqlarında Türkiyə və Körfəz ölkələrinin ev sahibliyini bir daha vurğulayıb.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin