Ukrayna Prezidenti Vladimir Zelenski Ujqorodda Slovakiyanın Baş naziri Robert Fico ilə görüşüb. O, görüşdən sonra bildirib ki, Slovakiya Ukraynanın Aİ-yə inteqrasiyasını dəstəkləyir və bu prosesdə Moldova ilə birgə irəliləmək vacibdir.
Görüşdə əsas mövzulardan biri enerji təhlükəsizliyi olub. Zelenski Ukraynanın Rusiyadan asılı olmadan Slovakiyaya neft və qaz tədarük etməyə hazır olduğunu vurğulayıb.
Fico isə bəzi məsələlərdə fikir ayrılıqlarına baxmayaraq əməkdaşlığın davam edəcəyini qeyd edib: “Slovakiya kiçik ölkədir, amma sülhə və atəşkəsə aparan bütün təşəbbüsləri dəstəkləyirik.”
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin