Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ölkəsinə qarşı hava hücumlarını davam etdirir. Son həftədə Rusiyanın 3 270 pilotsuz uçuş aparatı, 1 370 idarəolunan bomba və təxminən 50 raketlə hücum etdiyi açıqlanıb.
Zelenski Ukraynanın hava müdafiəsini gücləndirməyə çalışdığını deyib. O əlavə edib ki, atəşkəs və hücumların dayandırılması üçün dəfələrlə təkliflər verilib, amma Rusiya bunu qəbul etmir.
Yenifikir.media bildirir ki, Zelenski həmçinin vurğulayıb ki, yalnız Moskvanın istəməməsi səbəbindən müharibə davam edir və Putini danışıqlarla dayandırmaq mümkün deyil. O, müttəfiqlərə Rusiyaya təzyiq göstərmələri çağırışı edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

