Ukrayna Prezidenti Volodimir Zelenski Trampla görüş öncəsi açıqlama verib. O bildirib ki, müharibənin dayandırılması ilə bağlı Yeni ilədək vacib qərarlar qəbul oluna bilər və bu, müttəfiqlərdən asılıdır.
Zelenski Rusiyanın hücumlarının davam etdiyini, mülki və enerji obyektlərinin hədəf alındığını deyib.Prezidentin yaxın saatlarda ABŞ-də Donald Trampla görüşməsi gözlənilir.
Zelenski qeyd edib ki, Rusiya son bir həftədə Ukraynaya 2 mindən çox PUA və onlarla raketlə hücum edib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

