Ukrayna Prezidenti Zelenskiy bildirib ki, sülh danışıqları Rusiya və Belarusiyada olarsa iştirak etməyəcək, amma Macarıstanda baş tutsa qatılmağa hazırdır.
Zelenski qeyd edib ki, Ukrayna mövqeyindən geri çəkilməyəcək və ölkənin torpaqlarından heç birini verməyəcək.
Zelenskiy həmçinin Ukraynanın 250 döyüş təyyarəsindən ibarət yeni hava qüvvəsi yaradacağını, bunun üçün F-16, Gripen və Rafale təyyarələrinin alınacağını bildirib .
O, müttəfiqlərə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyi və Ukraynaya gələcək iki-üç il maliyyə dəstəyi verməyi tövsiyə edib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

