Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın son gecə zərbələrindən sonra Çin və Macarıstana müraciət edib. Dövlət başçısı bu barədə Telegram-da yazaraq qeyd edib:
“Biz Çindən baş verənlərə münasibət gözləyirik. Həmçinin Macarıstanın da reaksiyası vacibdir”.
Zelenski əlavə edib ki, artıq Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiq olunmasının zamanı çatıb.
Qeyd edək ki, bundan öncə Rusiya ordusu FAB-250 aviasiya bombası ilə Krasnoarmeysk (Pokrovsk) yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 155-ci mexanikləşdirilmiş briqadasının müvəqqəti yerləşdiyi məntəqəni hədəfə almışdı.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin