Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya–Ukrayna danışıqlarını bərpa etmək üçün bu gün Ankaraya gəlib. O, burada Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Yenifikir.media xarici mətbuata istinadən bildirir ki, Türkiyə həm Kiyev, həm də Moskva ilə əlaqədə olan nadir ölkələrdəndir və sülh prosesində mühüm rol oynaya bilər. Əvvəlki danışıqlarda Türkiyənin vasitəçiliyi əsir mübadilələrinə gətirib çıxarıb.
Qeyd edək ki,eyni zamanda, ABŞ administrasiyası da sülh görüşlərini dəstəkləmək üçün addımlar atır. Pentagonun yüksək səviyyəli heyəti Kiyevə gedərək Zelenski və digər rəsmilərlə görüşəcək.
Zelenskinin Ankaraya səfəri Avropada sülh ümidlərini yenidən canlandırıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

