Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanı Gdaniskdəki Rusiya Baş Konsulluğunu ələ keçirməyə cəhd etməkdən çəkindirməyə çağırıb. Yenifikir.media bildirir ki, Zaxarova qeyd edib ki,belə hərəkətlər Moskva tərəfindən ciddi cavabla qarşılanacaq.Əvvəlki məlumatlara görə, Gdanisk rəsmiləri konsulluğu zəbt etməyə cəhd ediblər, amma içəri buraxılmayıblar. Zaxarova həmçinin Polşanın konsulluğu bağlamasını iki ölkə münasibətlərini pozan addım sayıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

