Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Romadakı tarixi Torre dei Conti qülləsinin qismən uçması ilə bağlı yerli mətbuata açıqlama verib. O deyib ki, İtaliya Ukraynaya yardım etməyə davam edərsə, “ölkə iqtisadiyyatdan qüllələrədək dağılacaq”.
Zaxarova xatırladıb ki, bu ilin may ayında İtaliya Ukraynaya 2,5 milyard avro yardım edib. Bunun 1 milyard avrosu qaçqınlara, 310 milyon avrosu büdcəyə, 93 milyon avrosu isə humanitar layihələrə yönəldilib.
Qeyd edək ki, Qüllə noyabrın 3-də bərpa işləri zamanı qismən uçub. Bir fəhlə xəsarət alıb, dörd nəfər isə binanın yuxarı hissəsindən xilas edilib. Xilasedicilər bir nəfəri isə birinci mərtəbədən çıxarır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

