Rusiya Xarici İşlər Nazirliyi Fransanın Prezidenti Emmanuel Makronun bəyanatlarını tənqid edərək, bəzilərinin məntiqi və etik normaları aşaraq Rusiya və xalqına qarşı təhqirlərə çevrildiyini bildirib.

Rəsmi nümayəndə Maria Zaxarova Ukrayna ətrafındakı vəziyyətin Makronun sələfləri tərəfindən yaradıldığını və Fransanın 2014-cü ildə Ukraynada dövlət çevrilişində iştirak etdiyini xatırladıb.

Fransanın AgoraVox portalı Makronun Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı sülh razılaşmasına mane olmağa çalışdığını yazıb. Məqsədin Avropa ölkələrini Rusiyadan gələn “təhlükə” bəhanəsi ilə müdafiə xərclərini artırmağa inandırmaq olduğu vurğulanır.

Rusiya XİN rəhbəri Sergey Lavrov Qərb ölkələrinin Ukrayna məsələsinin həllinə mane olmaq cəhdlərinin uğursuz olacağına ümid etdiklərini açıqlayıb.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir