Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, Zəngəzur dəhlizinə Prezident İlham Əliyevin adı verilməlidir.
Tanınmış siyasi şərhçi Əli Oruclu yenifikir.media-ya açıqlamasında qeyd edib ki, dəhlizin adlandırılması ilə bağlı müxtəlif təkliflər səslənib. Onun sözlərinə görə, ABŞ prezidenti bu dəhlizi “Tramp yolu”, Türkiyə prezidenti “Sülh və rifah dəhlizi” adlandırıb. Bu isə dəhlizin beynəlxalq əhəmiyyətindən və diqqət mərkəzində olmasından xəbər verir.
Əli Oruclu bildirib ki, Əli Əhmədovun dəhlizə İlham Əliyevin adının verilməsi təklifini müsbət qarşılayır:
“Amma bəzi məmurlar hər fürsətdə prezidentin gözünə xoş görünməyə çalışırlar. Halbuki cənab Prezident belə halları sevmir və buna mənfi yanaşır”.
Siyasi şərhçi vurğulayıb ki, Zəngəzur dəhlizi artıq beynəlxalq səviyyədə qəbul edilmiş coğrafi terminə çevrilib:
“Prezident də tariximizə və keçmişimizə ehtiram göstərərək bu dəhlizi öz adı ilə adlandırıb. Buna görə də əlavə adlara ehtiyac yoxdur”.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

