Yunanıstanın təqaüddə olan Korgenerali Nikos Tamouridis yunan mətbuatında Türkiyəyə qarşı sərt açıqlamalar verib. O, “Farsları məğlub etdik, türkleri də məğlub edərik” deyərək Türkiyəni hədəf alıb və “Türklər tarixdən və mədəniyyətdən bizə borcludur” ifadəsini işlədib.
Yenifikir.media bildirir ki,Tamouridis Türkiyənin Ege və Şərqi Aralıq dənizi siyasətini də tənqid edib, “Bugün sahib olduqlarınız hamısı od, dəmir və qılıncla alınıb” deyib.
O, Türkiyəyə Kiprdən çıxmaq, Ege üzərində iddialardan vaz keçmək, Halki Ruhban Məktəbini açmaq və Ayasofyanı geri vermək tələblərini irəli sürüb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

