Yunanıstanda Qərbi Nil qızdırması səbəbilə iki nəfər ölüb. Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (EODY) məlumatına görə, vəfat edənlərin yaşı böyük olub və xroniki xəstəlikləri varmış. Onlarda xəstəliyin ağır fəsadı – meninqoensefalit inkişaf edib.

1 yanvar – 20 avqust tarixləri arasında ölkədə 47 yoluxma təsdiqlənib. Yoluxmaların çoxu Tesaliya, Attika, Mərkəzi Makedoniya və Trakiya bölgələrində qeydə alınıb.

Mütəxəssislər bildirirlər ki, Qərbi Nil qızdırması  yoluxmalarının təxminən 80 faizində əlamətlər görünmür, lakin yaşlı və yanaşı xəstəlikləri olan şəxslərdə xəstəlik ağır keçir.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir