Yunanıstan parlamentində Baş nazir Kiriakos Miçotakis və müxalifət lideri Nikos Androulakis arasında “Türkiyə” mübahisəsi yaşanıb.
Yenifikir.media bildirir ki,Miçotakis hökumətinin siyasətini müdafiə edərək bildirib ki, məqsəd həm suverenliyi qorumaq, həm də gərginliyi azaltmaqdır. O, iki ölkə arasında həll olunmamış yeganə məsələnin MEB və kontinental şelfin sərhədləri olduğunu deyib.
Baş nazir 28 milyard avroluq müdafiə proqramının Yunanıstanın təhlükəsizliyini gücləndirəcəyini vurğulayıb.
PASOK lideri Androulakis isə Miçotakisi tənqid edərək deyib: “Tramp Ərdoğanı tərifləyib təhlükəsizliyin təminatçısı adlandırarkən, biz Avropada sadəcə dekor olduq.”
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

