Yevlax şəhərində toyda dava düşüb.

Hadisə şəhər ərazisində fəaliyyət göstərən “Turan” şadlıq sarayında baş verib. Rayon sakini Murad Ağayev(soyad şərtidir) tanışının övladının kiçik toy mərasimində iştirak etmək üçün həmin şadlıq sarayına gedib. Orada spirtli içki qəbul etdikdən sonra toya pul yazdırmaq üçün foyeyə çıxarkən tanışı Yadigarın söyüş söydüyünü görüb. Murad Yadigardan xahiş edib ki, toyda qadınlar var, söyüş söyməsin. Bu vaxt sərxoş vəziyyətdə olan Yadigar ona yaxınlaşaraq vurmaq istəyib. Bu vaxt Murad əli ilə Yadigarı itələyib yıxıb və yoluna davam edib. 

Hadisə nəticəsində Yadigar pilləkəndən yıxılıb və ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb və iş Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Məhkəmənin hökmü ilə Murad Ağayev 4 il azadlıqdan məhrum edilib./Oxu.az

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir