Prezident İlham Əliyevin Sərəncamına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ünvanlı sosial yardım alan ailələrə birdəfəlik maddi dəstək göstərilib.Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2025-ci il dekabrın 30-da hər bir ailənin hesabına 200 manat birdəfəlik maddi yardım köçürülüb.
Rəsmi məlumata görə, birdəfəlik yardım ümumilikdə 76 min 103 ailəni əhatə edib. Bu ailələrdə yaşayan 337 min 932 nəfər sosial dəstəkdən yararlanıb.
Bununla yanaşı, DSMF dekabr ayı üzrə bütün sosial ödənişləri də tam şəkildə icra edib. Belə ki, dekabrın 10-da Bakı, Sumqayıt, Abşeron rayonu və Nax
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

