Bir neçə gün əvvəl Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları Səbail rayonu, Yeni Salyan yolu 22 ünvanında, Jurnalistlər binası ərazisində yaşıllaşdırma işləri apararkən Jurnalistlər binasında yaşayan Rail İbrahimovun avtomobilinə ziyan vurublar.

Şikayətçi Rail İbrahimov yenifikir.media-ya bildirib ki, bir ay öncə aldığı bahalı avtomobilinin sağ arxa qapısı cızılıb.

Bu məsələ ilə bağlı yenifikir.media Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edib. Telefon sorğusu zamanı Birlikdən bildirilib ki, zərərçəkmiş Rail İbrahimovla tezliklə əlaqə saxlanılacaq. Lakin indiyədək onunla əlaqə qurulmayıb və dəyən ziyan aradan qaldırılmayıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir