Bakı şəhərinin Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə birlikdə hadisə yerində müayinələr aparır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yanğının səbəblərinin müəyyən edilməsi üçün zəruri istintaq hərəkətləri icra olunur, ekspertizalar təyin edilib.

Hadisə nəticəsində tüstüdən boğulan 3 nəfər həyatını itirib, ən azı 20 nəfər isə zəhərlənib. Zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin qənaətbəxş olduğu və onlara tibbi yardımın davam etdiyi bildirilib.

Baş Prokurorluqda faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, ibtidai istintaq aparılır.

Qurum hadisə ilə bağlı əlavə məlumatların ictimaiyyətə təqdim olunacağını açıqlayıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir