Yaponiya Xarici İşlər Nazirliyi Suriyadakı sülh prosesini dəstəkləmək üçün ölkəyə 53 milyon dollar yardım edəcəyini açıqlayıb.
Yaponiya Xarici İşlər Nazirliyi Müavini Onishi Yohei 22 dekabrda Suriyaya rəsmi səfər edib və paytaxtda Maliyyə Naziri Muhammed Yaser Berniye ilə görüşüb. Onishi səfərin son 15 ildə Yaponiya tərəfindən Suriyaya edilən ilk yüksək səviyyəli rəsmi səfər olduğunu vurğulayıb.Görüşdə Yaponiya hökumətinin Suriya hökumətinin sabit keçid prosesini dəstəklədiyi bildirilib. İki ölkə arasında yeni əməkdaşlıq dövrünün başladığı, iqtisadi sahədə əlaqələrin davam etdiriləcəyi qeyd olunub. Cari maliyyə ilindən Suriya üçün 53 milyon dollar ayrılıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

