Türkiyədə 7 ildir yaşayan yapon Youtuber Yoşi Enomoto yaşamaq icazəsi müraciətinin rədd edildiyini və ölkəni tərk etməli olduğunu açıqlayıb.
“7 ildir yaşadığım, vətənim kimi qəbul etdiyim Türkiyədən ayrılıram. Çox kədərlənirəm, amma hələ də Türkiyəni sevirəm. Yaşasın Türkiyə”, – deyə o bildirib.
Enomoto vurğulayıb ki, bir il də icazə ala bilsəydi, daimi yaşamaq icazəsinə müraciət etmək imkanı əldə edəcəkdi: “Bu qərarla 7 ilim hədər getdi.”
Qeyd edək ki, fenomen səhv bilinən yapon atalar sözlərini düzəltməsi ilə tanınır. O, hətta Prezident Ərdoğanın sitat gətirdiyi bir ifadənin Yaponiyada mövcud olmadığını da bildirmişdi.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin