AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Facebook hesabında jurnalist Rahim Hacıyevin AXCP sədri Əli Kərimli haqda yazdığı qısa məqaləni paylaşıb. “Əli Kərimli son bir ildə dünya mətbuatında zəfər yürüşündədir” adlı məqalədə partiya sədri haqda çoxsaylı təriflərə yer verilib.

Məsələn, “Böyük təfəkkürü, dərin düşüncəsi, tükənməz enerjisi, dəmir iradəsi ilə demokratiya uğrunda döyüşən lider kimi tanınmış Əli Kərimlinin daha böyük uğurları hələ qabaqdadır” kimi mübaliğələrdən istifadə olunub.

Yazı “son dərəcə ağır şəraitdə parlaq mübarizə tarixi yaratmış Əli Kərimli fenomeni budur!” fikri ilə başa çatır.

Maraqlı olan AXCP sədri haqda məqalənin yazılması və ya sosial şəbəkədə paylaşımı deyil, Yeni Azərbaycan Partiyasının üzvü, YAP xətti ilə 55 saylı Siyəzən – Quba – Xızı seçki dairəsindən deputat seçilmiş Müşfiq Məmmədlinin bu paylaşıma reaksiyasıdır. Belə ki, deputat F. Qəhrəmanlının Ə. Kərimli ilə bağlı paylaşımını bəyənib və bu izləyicilərdə təəccüb yaradıb.Hamin görüntünü təqdim edirik:yenisabah.az

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir